Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


19.07.2023  17:08 

“Əhəd Abıyev bu qədər sərvəti halal yolla qazanmayıb”





A+  A-

“Azərbaycanda işdən çıxarılan məmurların mülklərinin siyahısının yayılması artıq ənənə halını alıb. Bunun əsas səbəbi odur ki, bizim ölkədə vəzifədə işləyib var-dövlət, sərvət toplamamaq mümkün deyil. Hər halda praktikada belə bir hala rast gəlinməyib. Çünki bizim respublikamızda vəzifə var-dövlət mənbəyi hesab olunur. İnsanlar da varlanmaq, pul qazanmaq üçün vəzifəyə can atırlar”.

XəzərNews.az xəbər verir ki, bu sözləri "Şərq" qəzetinə açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist Daşkəsənin keçmiş icra başçısı Əhəd Abıyevin mülklərinin siyahısının yayılmasına münasibət bildirib. O, Əhəd Abıyevin 15 il deputat, 12 il icra başçısı işlədiyini xatırladıb:

“Xalq dilində desək, yediyini yeyib, yığdığını da yığıb. Yığdıqları yeddi arxa dönəninə də bəs edər. Mən onun milyonlarının olduğuna zərrə qədər də şübhə etmirəm. Aydın məsələdir ki, Əhəd Abıyev bu qədər sərvəti halal yolla qazanmayıb. Çünki o, son 27 ildə deputat və yüksəkrütbəli məmur kimi fəaliyyət göstərib. Qanun deputatın və dövlət məmurunun bizneslə məşğul olmağını qadağan edir. Aydın olur ki, Abıyev bu sərvəti qeyri-qanuni yollarla qazanıb. Bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. Mətbuatda gedən hər bir məlumat hüquqi müstəvidə araşdırmaq üçün əsas sayılır. Məncə, dərhal bu adamın sərvətinin mənşəyi araşdırılmalıdır. Sübut olunsa ki, həmin sərvət qanunsuz yollarla əldə olunub, bu zaman müvafiq tədbirlər görülməlidir”.

S.Verdizadənin sözlərinə görə, Əhəd Abıyev və onun kimi məmurlar cəmiyyətə, xüsusilə gənc kadrlara çox pis nümunədirlər: “Dünən, srağagün vəzifəyə təyin olunanlar bu adamların yolu ilə getməyə can atırlar. Haqlı olaraq düşünürlər ki, Əhəd Abıyev 27 il yedi-dağıtdı, amma ona "gözün üstə qaşın var" deyən olmadı. Biz də altımıza yığaq. Cəzasızlıq mühiti bu cür mənfi tendensiyanın güclənməsinə səbəb olur. Odur ki, xalqın malına kəm baxan heç kim cəzasız qalmamalıdır”.

Xəbər 1178 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +