13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


14.06.2022  11:13 

Goradil-Novxanı yolunda yaralananların vəziyyəti necədir?





A+  A-

Ötən gecə Binəqədi rayonu, Goradil-Novxanı yolunda baş vermiş avtoqəza nəticəsində xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

Bildirib ki, hadisə nəticəsində ağır yaralanmış iki nəfər Mərkəzin Reanimasiya şöbəsinə, bir nəfər Travmatologiya şöbəsinə yerləşdirilib, digər iki nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Reanimasiya şöbəsinə yerləşdirilmiş 1980-ci il təvəllüdlü şəxsdə qabırğaların sınığı, burun sümüyünün sınığı, bud-çanaq oynağının çıxığı və 1986-cı il təvəllüdlü şəxsdə isə çanaq sümüklərində çoxsaylı sınıqlar diaqnozu qoyulub. Hər iki yaralının vəziyyəti ağır stabil qiymətləndirilir.

Travmatologiya şöbəsinə yerləşdirilən üçüncü, 1999-cu il təvəllüdülü şəxsdə isə sol bud sümüyünün çıxığı diaqnozu qoyulub və hamilə olması nəzərə alınaraq, xüsusi müayinələrdən keçirilib. Hazırda yaralının vəziyyəti normal qiymətləndirilir.

Xəbər 1662 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +