Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


07.11.2021  10:14 

Deputat-rektor qarşıdurması - Səbəb nədir?





A+  A-

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucla Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev arasında insident olub.

XezerNews.az xəbər verir ki, “Yeni Sabah”a məlumat verən tədbir iştirakçılarından biri bildirib ki, hadisə Türkiyənin Cümhuriyyət Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən bayram tədbirində baş verib.

Zahid Oruc rektoru deputatlara etinasız yanaşmaqda, onların zənglərinə cavab verməməkdə günahlandırıb.

Amma Elçin Babayev bu iradla razılaşmayıb. O, Zahid Oruc zəng edəndə dərsdə olduğunu bildirib.

Rektorun bu açıqlaması Zahid Orucu hövsələdən çıxarıb. Deputat bu dəfə yüksək səs tonu ilə Elçin Babayevi yalan danışmaqda ittiham edib. Deyib ki, ona təkcə mobil telefonla deyil, dövlət telefonu ilə də dəfələrlə zəng edib. Amma Elçin Babayev bu zənglərin heç birinə cavab verməyib.

Hadisənin bir neçə deputatın gözünün qabağında baş verməsi rektoru narahat edib. O, Zahid Orucun qoluna girərək müzakirəni kənarda davam etdirməyi xahiş edib. Cütlük deputatlardan 20 metr kənarda söhbət etsələr də, yüksək səs tonu ilə danışdıqları üçün onların səsi kənardan aydın eşidilib.

Siyasi çevrələrdə mülayim adam kimi xarakterizə edilən Zahid Orucun ölkənin ən qədim universitetinə rəhbərlik edən şəxsi uşaq kimi danlaması ətrafdakıların təəccübünə səbəb olub.

Xəbər 3180 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +