Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


23.10.2021  11:26 

Azərbaycanla Ermənistan arasında iki yeni sənəd imzalanacaq?





A+  A-

Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir.

XezerNews.az xəbər verir ki, bu barədə “Aliq Media” “etibarlı diplomatik mənbələrə” istinadən yazıb.

Bildirilir ki, son anda fors-major vəziyyət yaranmazsa, demək olar ki, yekun olan iki sənəd Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanacaq.

“Birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyasına aiddir. SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərin xəritələrinə əsasən, İrəvan və Bakı bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq. Vladimir Putinin dünən bu kartları xatırlatması təsadüfi deyildi.

Baş nazirlərin müavinləri səviyyəsində bu yaxınlarda keçirilmiş Rusiya-Azərbaycan-Ermənistan görüşü nəticəsində demək olar ki, yekun razılığın əldə edildiyi ikinci sənəd regionda kommunikasiyaların, xüsusən də Azərbaycan və Naxçıvan arasında dəhlizin açılmasına aiddir.

9 noyabr xüsusi olaraq seçilib. 2020-ci ilin bu günündə Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti Rusiya Prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalayıblar”, - deyə KİV orqanı yazır.

Qeyd olunur ki, bu gün “Aliq Media” imzalanacaq iki sənəd haqqında daha ətraflı məlumat verəcək. /“Qafqazinfo”/

Xəbər 1729 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +