13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


07.09.2020  11:09 

Sabahdan Bakının girişindəki postlar yığışdırılır





A+  A-

Daxili İşlər Nazirliyi Bakıdan rayonlara gediş-gəlişin açılması ilə bağlı açıqlama verib.
XəzərNews.az-ın məlumatəna görə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gecə saat 12-dən etibarən karantin postları fəaliyyətini dayandıracaq:

”Postlar əsas etibarilə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərə nəzarət edilməsi məqsədilə təşkil edilmişdi. Lakin ictimai nəqliyyat vasitələri ilə sərnişin daşınma fəaliyyəti istisna olmaqla həmin məhdudiyyətlər bu gecə saat 00:00-dan ləğv edildiyi üçün nəqliyyat vasitələrinin yoxlanılması prosesi və ümumiyyətlə postların fəaliyyəti də dayandırılacaq. Karantin postlarındakı müəyyən avadanlıqlar və qurğular hələ ki orada qalacaq. Çünki yoluxma sayının bundan sonra necə olacağı və buna uyğun hansı qərarın veriləcəyi məlum deyil.

Giriş-çıxışa tətbiq edilən məhdudiyyət bu gecə qüvvədən düşən kimi sərbəst gediş-gəlişə icazə veriləcək. Qeydiyyat yerindən asılı olmayaraq hər kəs Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu daxil olmaqla, ölkədaxili istənilən şəhər və rayona gedib gələ bilər. Aydın məsələdir ki, hamının fərdi maşını yoxdur, onlar 200-300 kilometr məsafəni piyada gələsi deyillər ki. Hazırda ancaq taksi xidmətindən istifadəyə icazə verilib”.

Xəbər 2193 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +