13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


17.04.2020  14:21 

Bu məhsulların idxalındakı məhdudiyyətlər ləğv edildi





A+  A-

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytarlığa dair qərarları ilə tətbiq edilmiş bir sıra məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsas götürülərək yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırda buynuzlu heyvanların çiçək xəstəliyi və blutanq xəstəliyi üzrə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
XəzərNews.az xəbər verir ki, eyni zamanda qəbul olunmuş qərarla bağlı bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı, qarşı ölkələrin müvafiq baytarlıq orqanlarına məlumat verilib və müvafiq tədbirlərin həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb. Eyni zamanda xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatıb və ölkələrin sağlamlıq statusu bərpa olunub. Nəticədə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması zərurəti meydana çıxıb.

Xəbər 1291 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +