Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


14.09.2018  10:08 

12 faizlik azalma var





A+  A-

2018-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 953,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz az vəsait yönəldilib.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz artıb.

Ümumi sərmayənin 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 69,6 faizi məhsul istehsalı obyektlərinin, 22,9 faizi xidmət sahələri üzrə obyektlərin, 7,5 faizi isə ümumi sahəsi 1 milyon 247,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59,4 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,7 faiz, bank kreditləri 14,7 faiz, büdcə vəsaitləri 25,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,0 faiz, büdcədənkənar fondların vəsaitləri 1,7 faiz, digər vəsaitlər isə 0,7 faiz olub.

Xəbər 1952 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +