Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


30.06.2018  14:23 

Amerikalı səfir Trampa görə vəzifəsindən getdi





A+  A-

ABŞ-ın Estoniyadakı səfiri Ceyms Melvil (kiçik) prezident Donald Trampın sözlərinə görə istefa verib.
XəzərNews.az “Foregin Policy” nəşrinə istinadən xəbər verir ki, o, bunu ABŞ prezidentinin Avropadakı müttəfiqlər haqda etiraz olaraq edib.
“Xarici siyasət xidmətinin əməkdaşının geni siyasəti dəstəkləməyə proqramlaşdırılıb. Biz ən başdan bunu edə bilmədiyimi gördükdə istefaya getməyi öyrənirik. Mən altı prezident və 11 dövlət katibinə xidmət etmişəm və bunun mənim başıma gələ biləcəyini heç vaxt düşünməmişdim” – Melvil bildirib.
O, Trampın Avropa Birliyinin ABŞ-ı istifadə üçün yaradılması və ABŞ xəzinəsinə göz dikməsi barədə fikirlərinə etiraz edib. Həmçinin Molvil ABŞ prezidentinin NATO-nu Şimali Amerika Azad Ticarət Sazişi kimi yararsız adlandırmağı onu, bu addımı atmağa sövq etdiyini bildirib.
“Və bütün bunlar sübut edir ki, mənim getmək vaxtım çatıb” – səfir bəyan edib.
Dövlət departamenti rəsmi olaraq məsələyə münasibət bilrdiməyib
Lakin Departamentdən yüksək vəzifəli bir şəxs bütün bunların çox ciddi olduğunu və bundan sonra daha kimin bu addımı atacağının vacib olduğunu bildirib.
Qeyd edək ki, Ceyms Molvil diplomat kimi artıq 33 ildir ki xidmət edir. O, hələ Barak Obamanın vaxtında 2015-ci ildə Estoniyaya səfir təyinatı alıb. Bundan əvvəl isə Molvil Berlin, Rusiya, NATO və Seyşel adalarında diplomat kimi xidmətlər aparıb.

Xəbər 1158 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +