Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


23.06.2017  19:28 

Nizami rayonunda yaşıllıqlar məhv edilir – Arif Qasımovla iş adamını nə birləşdirir?





A+  A-

İcra başçısı iş adamı Ramin Babayevlə hansı işi görür?
Bakıda gizli ağac soyqırımı və torpaq biznesi yenidən gündəmə gəlib. İcra başçıları yaşıllıq əraziləri iş adamlarına sataraq gizli şəkildə təbiəti məhv edərək müxtəlif obyektlər tikirlər. Paytaxt Bakı rayonları arasında son 1 ildə yaşıllığın məhv edilməsinə görə sıralamada Nizami rayonun birinci olduğunu desək yəqin ki, yanılmarıq.

Son 8 ayda Nizami rayonunda gizli şəkildə onlarla yaşllıq məhv edilərək müxtəlif obyektlərə çevrilib. Nizami rayon icra hakimiyyətindəki etibarlı mənbənin verdiyi məlumata görə, Arif Qasımovun topraq biznesinə hazırda 3 adam nəzarət edir. Bunlardan biri İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirov, digəri Arif Qasımovun qardaşı Vuqar Qasımov, III şəxs isə başçının həmyerlisi Ramin Babayev adlı şəxsdir.

AzToday.az-ı məlumatlandıran şəxsin bildirdiyinə görə hazırda əsas “maklerliyi” Ramin Babayev adlı sahibkar edir. Verilən məlumata görə, Ramin Babayev müxtəlif adamlara torpaq sahələrinin satışı ve obyekt tikintisi üçün icazənin alınması ilə məşğuldur. İcra başçısının “makler” dostu özünə və ətrafına onlara obyekt alaraq xeyli sayda yaşıllıq ərazini yoxa çıxardığı iddia olunur.

Məlumatda qeyd edilir ki, Ramin Babayev yaşıllıqları gecə vaxtı yoxa çıxartdırır. Həmin ərazidə yaşayan sakinlər isə tezdən oyananda artıq yaşıllıq ərazinin yerində hansısa obyektin tikilməsinin şahidi olurlar. Verilən məlumata görə, Ramin Babayevin bu şəkildə fəaliyyəti Arif Qasımovu xeyli məmnun edib. Çünki son 8 ayda icra başçısı onlarla yaşıllıq ərazisi məhv edilərək, yerində obyekt tikilib.

Arif Qasımovun oğlu Nadir Qasımovun (Mediada bahalı həyat tərzi keçirməsi ilə bağlı məlumatlar yayılıb – red) bir çox xərclərinin də Ramin Babayev tərəfindən qarşılanır.


Xəbər 3325 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +