Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


23.06.2017  18:14 

Sərnişinlərə şad xəbər - Bu avtobuslara pulsuz Wi Fi qoyuldu





A+  A-

Bu gündən etibarən Xaliq Faiqoğlu şirkətinin istismarında olan 18/61/65 saylı marşrut xəttlərində hərəkət edən avtobuslarda pulsuz “Wi Fi” xidməti sərnişinlərin istifadəsinə verilib.
XəzərNews.az xəbər verir ki, Bakcell şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində avtobusların daxilində yeni nəsil 4 G sürətli WiFi modemlər quraşdırılıb. Qeyd edək ki, internetdən istifadə üçün şifrə tələb olunmur. Wİ Fİ xidməti aktiv olan avtobuslarda xüsusi məlumatlandırıcı işarələr vurulub. Layihə çərçivəsində mərhələli şəkildə şirkətin istismarında olan bütün avtobuslarda pulsuz internet zonalar yaradılacaq.

Bununla yanaşı 18 saylı marşrut xətti üzrə hərəkət edən yeni BMC Procity markalı avtobusların daxilində istehsalçı zavod tərəfindən xüsusi USB portlar quraşdırılıb ki, sərnişinlər həmin portdan istifadə etməklə mobil elektron cihazların enerjisini təmin edə bilərlər.

Məlumat üçün bildirək ki, Xaliq Faiqoğlu MMC 2005-ci ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ən böyük özəl şirkətlərdən biridir. Şirkətin istismarında olan 13 marşrut xətti üzrə 300-ə yaxın avtonəqliyyat vasitəsi mövcuddur. Hal-hazırda 18/61/65/79/85/96/135 saylı müntəzəm maşrut xəttlərində elektron ödəniş sistemi (Bakı Kart) tətbiq olunur.

Xəbər 2939 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +