13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


14.03.2017  18:21 

“250-dən çox şəxs istintaq təcridxanalarından azadlığa buraxılıb“





A+  A-

"Azərbaycan Prezidentinin təşəbbüsü ilə ötən il iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilib. Ədliyyə Nazirliyi tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1400-dən çox məhkum barədə məhkəmələrə təqdimat göndərilib və onların bir çoxu cəza çəkməkdən azad edilib, yaxud cəza müddətləri azaldılıb".
XəzərNews.az-ın xəbərinə görə, bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.
O vurğulayıb ki, qanunvericiliyə bir sıra, o cümlədən iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması ilə bağlı, habelə mövcud alternativ cəzaların, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumetmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi nəzərdə tutulub: "Artıq Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin birgə işçi qrupu tərəfindən müvafiq qanunvericilik layihələri hazırlanır. Həbsdə olan 250-dən çox şəxs təkcə keçən ay ərzində qanunla müəyyən edilmiş qaydada istintaq təcridxanalarından azadlığa buraxılıb. Həmçinin istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı da xeyli azalıb. Hesab edirəm ki, bunlar sərəncamın məqsədi baxımından mühüm göstəricilərdir".
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamına əsasən, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin təcrübəli əməkdaşlarından ibarət işçi qrupu yaradılıb.
F.Məmmədov bildirib ki, məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsi də hazırlanır.

Xəbər 2159 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +