Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


14.03.2017  14:11 

Deputat AÇIQLADI: “6-7 manatlıq ətlər qeyri-adi heyvan ətidir“





A+  A-

Novruz bayramı ilə əlaqədar olaraq paytaxtın müxtəlif ərazilərində yarmarkalar təşkil olunub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.

XəzərNews.az baku.ws-ə istinadən bildirir ki, paytaxtda, həmçinin də bölgələrdə satılan mal və qoyun ətlərinin qiymətinin 11-12 manatdan ucuz olmamasını nəzərə alaraq yarmarkalarda satılacaq 6-7 manatlıq ətin keyfiyyətinin nə dərəcədə normal olacağı sualı yaranır.

Millət vəkili Vahid Əhmədov 6-7 manata satılan ətin keyfiyyətinin normal olmayacağı qənaətindədir.

“Hazırda ölkə ərazisində satılan mal və qoyun ətlərinin qiyməti 12-13 manat arasında dəyişir. Faktiki olaraq ət bazarlarında bu qiymətdən ucuz satılan ət tapmaq, demək olar ki, mümkün deyil. Əgər bayram münasibətilə təşkil olunmuş yarmarkalarda əhaliyə 6-7 manata ətlər təklif olunursa, onda bu ət mal və ya qoyun əti deyil, mənşəyi məlum olmayan hansısa qeyri-adı heyvan əti ola bilər.

Bundan başqa, satılan istənilən ətın haradan əldə edilməsindən asılı olmayaraq, baytarlıq xidmətinin rəyi olması vacibdir. Ətin harada satılmağından asılı olmayaraq, üzərində baytarlıq xidmətinin möhürü olmalıdır. Əgər rəy və möhür yoxdursa, deməli, bu ət, həqiqətən də insanların sağlamlığı üçün müəyyən qədər təhlükə törədə bilər”, - deyə millət vəkili bildirib.

Xəbər 2308 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +