Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


01.08.2023  17:41 

Daha bir vəzifəli şəxs intim görüntüləri ilə şantaj olunur - Video





A+  A-

Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim xarakterli davranışlara sövq edilib və həmin görüntülər paylaşılıb.

XəzərNews.az Bakupost-a istinadla xəbər verir ki, bu hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Artıq neçə gündür ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edir.

Direktor kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib. Üstəlik, işdən çıxarılması üçün artıq ərizə yazıb.

Xatırladaq ki, bir neçə ildir, ayrı-ayrı mütəşəkkil dəstə üzvləri "Facebook" sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, "Facebook Messenger" və "WhatsApp" tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.

Bununla bağlı hüquq-mühafizə organları bir neçə dəfə büyük əməliyyatlar keçirərək, həmin dəstə üzvlərini ələ keçiriblər. Amma təəssüf ki, bu cinayətkar qrupun fəaliyyəti davam edir.



Xəbər 1093 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +