Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


28.06.2023  14:38 

İranda “kəşfiyyat qiyamı“





A+  A-

İranın Ali Milli Təhlükəsizlik Şurası ilə SEPAH və ETTELAAT arasında katib Əli Şəmxaninin zamanında yaranmış ixtilaflar çözülmək əvəzinə daha da dərinləşir. Xatırladaq ki, məhz bu ixtilaflar üzündən Əli Şəmxani əleyhinə kompromatlar toplanmış, əvvəlcə yaxın köməkçisi Əli Əkbəri Britaniyaya casusluq ittihamı ilə həbs edilmişdi.

Sonra isə Şəmxaninin oğlanlarının adı böyük korrupsiya əməllərində çəkilərək istefaya məcbur edilmişdi. Yeni katib, general-mayor Əli Əkbər Əhmədianın İranın müxtəlif təhlükəsizlik xidmətlərini yenidən Şuranın çətiri altında birləşdirmək cəhdləri ciddi maneələrlə üzləşir. Baxmayaraq ki, onun təşəbbüsləri Ali Rəhbər Əli Xamenei tərəfindən dəstəklənir. Xamenei təkcə qurum rəhbərləri arasında deyil, bütün səviyyələrdə qarşılıqlı anlaşma mexanizmini tapmaq üçün qurum rəhbərlərini iclasa dəvət etmişdi.

Təhlükəsizlik Şurasındakı mənbənin mediaya sızdırmasında bildirilir ki, Xameneinin xidmət rəhbərləri ilə görüşündən sonra Əhmədian Ali Rəhbərin tövsiyələrini həyata keçirmək və xidmətləri vahid sistemdə birləşdirmək üçün onları Məşhəd şəhərində görüşə dəvət edib. Bu qurumlara əvvəllər məhz Ali Milli Təhlükəsizlik Şurası tərəfindən nəzarət edilirdi. Lakin iclasda İslam İnqilabı Keşikçiləri Korpusunun Təhlükəsizlik Agentliyinin komandiri general-mayor Məhəmməd Kazemi öz aparatının hər hansı digər təşkilatın nəzarətində olması perspektivini rədd edib. O, hesabatlarının hərbi sirr olduğunu vurğulayaraq, hər hansı başqa qurumun, xüsusən şuradakı mülki şəxslərin onlara baxa bilməyəcəyini vurğulayır. Mənbənin sözlərinə görə, Kazemi xüsusən də Şamxaniyə yaxın olan və Böyük Britaniyaya casusluq ittihamı ilə edam edilən polkovnik Əli Əkbərinin işini gündəmə gətirib və şurada digər casusların da ola biləcəyinə işarə edib. O iddia edib ki, buna görə də parlalel qurumların çoxluğu həyati əhəmiyyət kəsb edir və Ali Şuraya digər qurumları kəşfiyyat məlumatları verilməməlidir.

Təhlükəsizlik naziri İsmayıl Xətib də Ali Şuraya hesabat təqdim edilməsinə qarşı çıxır.

İranda səkkiz rəsmi təhlükəsizlik və kəşfiyyat orqanı var. Onların hər biri ayrı-ayrılıqda, digər qurumlarla koordinasiya olunmadan işləyir və belə paralel iş bu qurumların digərlərinə məlumat vermədən konkret bir məsələdə bir-birlərini təkrarlanmasına səbəb olur. Ali Təhlükəsizlik Şurası prezident və dini rəhbərə tabedir, dini rəhbərin Şura vasitəsilə bütün kəşfiyyat qurumlarına vahid koordinasiya həyata keçirməyə çalışmasına qarşı, göründüyü kimi, ciddi müqavimət var. SEPAH və ETTELAAT-ın əvvəl Şəmxaniyə, indi isə Əhmədiana tabe olmaqdan imtina etməsi həm də dini rəhbərə qarşı “kəşfiyyatçıların qiyamı” kimi nəzərdən keçirilə bilər.

Cəmaləddin Quliyev
Siyasi şərhçi


Xəbər 2845 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +