Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


27.04.2023  11:09 

Tələbədən rüşvət tələb edən müəllimin səs yazısı yayıldı





A+  A-

Daha bir təhsil müəssisəsi rüşvət qalmaqalı ilə gündəmə gəlib. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllimin tələbədən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.

XəzərNews.az xəbər verir ki, Yenisabah.az-a daxil olan audiofaylda imtahan zamanı müəllimlərin tələbədən rüşvət istəməyindən bəhs olunur.

Audiofaylı redaksiyamıza təqdim edən şəxsin sözlərinə görə, hadisə Pərvin adlı müəllimin imtahan götürdüyü auditoriyada baş verib. Söhbətdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qiyabi şöbəsinin müdiri Güllübəyim adlı müəllim də iştirak edib.

Səs yazısından aydın olur ki, tələbələrdən biri 2 ay dərs buraxıb. Qaiblərının silinməsinin və qiymətlərin yazılması müqabilində ondan 700 manat rüşvət tələb olunub. Tələbə isə atasının xəstə olduğunu, bu vəsaiti ödəməyə gücünün çatmadığını deyərək, 300-400 manatla problemi həll etməyə çalışıb.

Bu vaxt söhbətə kollecin qiyabi şöbəsinin müdiri Güllübəyim müəllim qarışıb. O, Şahinin (Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi – red.) bu məbləğlə razılaşıb-razılaşmayacağına əmin olmadığını deyir. Nəhayət, müəllimlər tələbəyə atası ilə danışıb gücü çatan məbləği gətirməyi məsləhət görürlər.

Xəbər 2516 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +