Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


27.03.2023  12:15 

Bakılı Ərtoğrul qazinin Novruz gülməcəsi...





A+  A-

Bakıda 124 nömrəli məktəbdə keçirilən Novruz şənliyi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Belə ki, məktəbin direktoru Adil Əliyev qırmızı xalat və tac geyinərək özünü məşhur Türkiyə serialındakı Ərtoğrula bənzədib. O, zala daxil olarkən müavinləri "Qalxın, sultan gəlir" deyiblər. Direktor tədbiri də Ərtoğrulsayaq açıq elan edib. Sadəcə "Allahın 99 adı ilə.." sözləri əvəzinə "99 Allahın adı ilə.." deyib ki, bu da gülüşə səbəb olub. Amma insafən, Adil Əliyev inkişafdan da danışıb. Deyib ki, elə sürətlə inkişaf edirik, tezliklə Yaponiya, İsrail, hətta ABŞ-ı geridə qoyacağıq.

Direktorun özünü sultana bənzətdiyi tədbirdən yayılan görüntülər sosial şəbəkədə ciddi tənqid və qınaqlara səbəb olub.

XəzərNews.az xəbər verir ki, 124 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Eminova isə Bakupost.az -a açıqlamasında Novruz şənliyinin məhz bu cür səhnələşdirildiyini, direktorun Ərtoğrul obrazini canlandırdığını etiraf edib:

"Burada qəbahət bir şey yoxdur. Təhsil İdarəsinə bu tədbir haqqında məlumat vermişik. Tabe olduğumuz idarədən xəbərsiz tədbir keçirməmişik. Görüntülərdə Novruz tədbiri olub. Sadəcə bunu sosial şəbəkədə başqa cür təqdim ediblər. Burda yanlış bir şey yoxdur. Ssenari üzrə çıxış olub. Ssenaridə Xanlıqlar dövrü təsvir olunub. Obraz olaraq Şəki xanı, Qarabağ xanı və s. canlandırılıb. Görüntülərdə direktor da var, şagirdlər də".

Xəbər 1096 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +