İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


28.11.2022  13:50 

“Mən Nostradamus deyiləm” - Vitali Kliçko





A+  A-

Kiyev meri Vitali Kliçkodan Ukraynada müharibənin nə vaxt bitəcəyi ilə bağlı proqnozlara münasibət soruşulub. İdmançı mer isə suala özünəməxsus şəkildə cavab verib.

XəzərNews.az xəbər verir ki, “RBC-Ukrayna”ya müsahibəsində o, ümid etdiyini bildirib ki, ukraynalılar növbəti Yeni ili rus işğalçılarından azad edilmiş dinc ölkədə qeyd edəcəklər.

"Bu, çox çətin sualdır, mən Nostradamus deyiləm, baxmayaraq ki, mən də sabaha ümidlə baxmaq, hamının gələn il Yeni ili dinc şəraitdə qeyd etməsini çox istəyirəm”.

Kliçko xatırladıb ki, Ukrayna ərazisinin 20%-i hələ də işğal altındadır. Ruslar isə getməyə hazırlaşmırlar. Lakin o, əmindir ki, Ukrayna Silahlı Qüvvələri bu işdə onlara kömək edəcək.

Kiyevin meri qələbədən sonrakı arzularını bölüşüb:

"Heç olmasa bir həftə istirahət etmək istərdim. "Herkules" təyyarəsindən tullanmağı arzulayıram, paraşütçü dostlarım müxtəlif ölkələrə səyahət edir, onların fotolarına baxıb xəyal edirəm. Arzularım çoxdur".

İsmayıl Nifti
XəzərNews.az


Xəbər 936 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +