Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?


30.06.2022  14:46 

Səfər Mehdiyev tapşırıqlar verdi





A+  A-

Bu ilin 6 ayı ərzində gömrük orqanlarının fiskal sahədə qarşıya qoyulan məqsədlərin icrasında, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə mühüm nailiyyətlər əldə edilib.

XəzərNews.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bunu komitənin sədri Səfər mehdiyev bu gün DGK-da keçirilən 6 ayın yekunlarına dair əməliyyat müşavirəsi zamanı bildirib.

O, qarşıdakı aylarda da bu istiqamətdə fəaliyyətin daha effektiv təşkili üçün konkret tapşırıq və tövsiyyələrini bildirib.

S. Mehdiyev mövsümlə əlaqadar, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracında artım müşahidə olunduğunu diqqətə çatdırıb və ixrac əməliyyatlarının sürətləndirilməsi, sərhədkeçmə proseslərinin təkmilləşdirilməsi, gömrük-keçid məntəqələrində yarana biləcək sıxlıqların aradan qaldırılması məqsədilə yük nəqliyyat vasitələrinin keçidinin elektron növbə prinsipi ilə təşkili istiqamətində müvafiq strukturlara tapşırıqlar verib.

S. Mehdiyev bu ilin müvafiq dövrü ərzində görülən işlər barədə məlumat verərkən bildirib ki, Prezident İlham Əliyev tərəfindən şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, tranzit və ixrac imkanlarının daha da artırılması məqsədilə irimiqyaslı layihələr həyata keçirilir.

Komitə sədri vurğulayıb ki, regionda formalaşan yeni reallıqlar və çağırışlar fonunda qarşıya qoyulan hədəflərin uğurla icra olunmasında gömrük orqanlarının üzərinə də mühüm vəzifələr düşür. Belə ki, gömrük əməliyyatlarının və sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarnın daha da sadələşdirilməsi, vaxta və vəsaitə qənaət edilməsi, bir sözlə gömrük işinin səmərəli şəkildə təşkili ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, ixrac və tranzit potensialının artırılmasında mühüm rol oynayır.

Qeyd edək ki, komitədə 6 ayın yekunlarına dair əməliyyat müşavirəsində Dövlət Gömrük Komitəsinin sədr müavinləri, aidiyyəti strukturların rəhbərləri iştirak edib.

Xəbər 1707 dəfə oxunub.




24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +