10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


16.12.2021  16:01 

Rasim Əkbərov qadın üstündə bıçaqlanıb?





A+  A-

“Milli Qəhrəman” adına layiq görülmüş keçmiş hərbi hissə komandiri Rasim Əkbərovu qətlə yetirməyə cəhd edən şəxsin məhkəməsi başlayır.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, işə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlığı dekabrın 28-nə təyin olunub.

Qeyd edək ki, Rasim Əkbərovun ölümünə görə Xaliq Məmmədov həbs olunub. Hadisə bu ilin sentyabrında Goranboy şəhərində baş verib. X.Məmmədov Rasim Əkbərovu bıçaqla yaralayıb. Xəstəxanaya yerləşdirilən Rasim Əkbərovun həyatını xilas etmək mümkün olub. X.Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham irəli sürülüb. X.Məmmədov istintaqa ifadəsində hadisəni qadın üstündə törətdiyini deyib.

Xatırladaq ki, Rasim Əkbərov Goranboyda N saylı hərbi hissənin komandiri olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə 1992-ci ildə “Milli Qəhrəman” adına layiq görülüb. 90-cı illərin sonunda dövlət çevrilişinə cəhd etdiyi üçün 2000-ci ildə həbs edilən R.Əkbərov “Milli Qəhrəman” adından da məhrum edilib. 2008-ci ildə prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.

Rasim Əkbərovun atası Ağa Əkbərov 1994-2000-ci illərdə Goranboy rayonunun icra başçısı olub. O, həmçinin sabiq deputat Səfiyar Musayevin kürəkənidir.

Xəbər 1962 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +