İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


14.08.2021  09:11 

BMT-dən Talibana xəbərdarlıq - “Hücumu dayandırın”





A+  A-

“Əfqanıstanda vəziyyət nəzarətdən çıxır. Taliban hücumları dayandırmalı və müzakirələrə geri dönməlidir”.
XəzərNews.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.

“Əfqanıstan yenidən xaosa sürüklənir. Təkcə son bir ayda xüsusən Helmand, Qəndəhar və Heratda mindən çox insan qarşıdurmalar səbəbindən həyatını itirib. Əfqan qüvvələri və Taliban arasındakı şəhərlərə sıçrayan qarşıdurmalar mülki şəxslərə böyük zərər verir.

Əfqanıstan nəzarətdən çıxır. Talibana dərhal hücumlara son qoymaq və əfqan xalqının mənafeyi üçün müzakirələrə dönmək çağırışı edirəm”, - Quterreş bildirib.

O qeyd edib ki, mülki şəxsləri hədəf alan hücumlar insan hüquqlarının pozulması və müharibə cinayətidir:

“Talibanın nəzarətindəki bölgələrdə xüsusən qadınların və jurnalistlərin hədəf alınması və insan hüquqlarına qarşı ciddi məhdudiyyətlər son dərəcə narahatedicidir. Xüsusən də əfqan qız uşaqları və qadınların çətinliklə qazanılmış hüquqlarının əllərindən alınmasına dair xəbərlər görmək dəhşətli və məyusedicidir”.

Baş katib xəbərdarlıq edib ki, müharibə ilə iqtidarı ələ keçirmək itkidir, bu, Əfqanıstanı uzun sürən vətəndaş müharibəsinə və tamamilə təcridolmaya sürükləyəcək.

Xəbər 1668 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +