Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


29.12.2020  10:28 

“Rusiya öz peyvəndini satmaq üçün dezinformasiya yayır”





A+  A-

Avropa İttifaqı Rusiyanın öz istehsal etdiyi peyvənd istisna digər vaksinlər barədə dezinformasiya yaydığını iddia edib.
XəzərNews.az xəbər verir ki, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel internetdə dezinformasiya ilə mübarizənin vacibliyi barədə açıqlama verib.

Borel Rusiyanın öz vaksinini yeganə çıxış yolu kimi təqdim etdiyini və digərlərinə qarşı inamsızlıq yaratmağa çalışdığını bildirib: “Qərb peyvəndi istehsalçıları Rusiyanın dövlət nəzarətindəki KİV tərəfindən lağa qoyulur. Bu, bəzən insanların meymuna çevriləcəyi ilə bağlı gülünc iddialara səbəb olur. Görünür, belə ritorika Rusiyanın öz peyvəndi “Sputnik V”ni satmaq istədiyi ölkələrə yönəlib. Epidemiyada bu cür əsassız şübhələri təşviq etmək cəhdləri xalqın sağlamlığını təhdid edir”.

Dezinformasiya metodunun yeni olmadığını, lakin internet sayəsində indi daha sürətli yayıla biləcəyini söyləyən Borel “Rusiya və Çin kimi bəzi dövlətlər aktiv olaraq bu cür fəaliyyət göstərir, demokratik sistemlərimizi sarsıtmağa çalışırlar”,- deyə vurğulayıb.



Xəbər 2815 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +