Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


17.10.2020  08:17 

XİN Gəncə terroru ilə bağlı bəyanat yaydı





A+  A-

"2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40-dan çox insan ciddi yaralanıb".
XəzərNews.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.

Ermənistanın Azərbaycan mülki əhalisini hədəf alan bu mənfur hücumlarını şiddətlə qınayırıq və işğalçı ölkədən müharibə cinayətlərinə son verməyi tələb edirik.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcəkdir", - bəyanatda qeyd olunur.

Xəbər 2456 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +