Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


20.08.2020  16:43 

“Yumurta Kamil” saxlanıldı





A+  A-

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Xırdalan şəhərində yararsız yumurtalar aşkarlayıb.
AQTA-dan XəzərNews.az-a verilən məlumata görə, şəhərin H.B.Zərdabi küçəsi, ev 40 ünvanında qurd və qurd süfrələri ilə sirayətlənmiş, istehlaka yararsız, yararlılıq müddəti ötmüş “Yaşma Quşçuluq” və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin istehsalı olan 84 qutu (bir qutuda 360 ədəd olmaqla, ümumi 30240 ədəd) kəskin iyli, orqanoleptiki göstəriciləri normativ texniki sənədlərin tələblərinə cavab verməyən yumurta aşkarlanıb.

Reyd zamanı özünü “Giləzi Quşçuluq” MMC-nin əməkdaşı kimi təqdim edən Teymurov Kamil Telman oğlunun şirkətin Keşlə qəsəbəsindəki anbarından yumurtaların bu ünvana gətirilərək saxlanması və realizasiyası ilə məşğul olduğu müəyyən edilib.

Qanunvericiliyin tələbləri çərçivəsində yumurtalardan nümunələr götürülərək sınaq aparılması üçün Azərbaycan Qida Təhlükəsiliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, yayılan məlumatlara görə, həmin şəxs “Yumurta Kamil” ləqəbi ilə tanınırmış.



Xəbər 3172 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +