İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


16.10.2019  13:37 

“Dostlarımın ABŞ-da əmlakı yoxdur” - Ərdoğan nazirlər haqda





A+  A-

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Maliyyə Nazirliyinin Türkiyənin Milli Müdafiə və Energetika nazirliklərinə, eləcə də Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və Energetika naziri Fatih Dönməzə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyinə münasibət bildirib.
XəzərNews.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Ərdoğan Amerika hökumətinin bu qərarının qəbuledilməz olduğunu deyərək amerikalı həmkarı Donald Trampı sərt şəkildə qınayıb.

“Bunu qəbul etmək mümkün deyil. Biz bu siyahının davamını da görmək istəyirik. Bunun səbəbi nədir? Siz bu ölkənin nazirlərinə viza gətirməkdən bəhs edirsiniz. Nəyə əsaslanıb belə bir şeyi dilə gətirirsiniz? Əmlakları müsadirə olunacaqmış...Amerikada əmlakları varsa...Sanksiyaları yenidən nəzərdən keçirəcəkmiş. Mənim dostlarımın heç birinin ABŞ-da hər hansı əmlakı yoxdur. Biz Türkiyə olaraq qəbilə, çadır dövləti deyilik. Sən Türkiyəyə axı necə belə baxa bilərsən?”, - deyə Ərdoğan vurğulayıb.

Xəbər 1527 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +