Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi


18.06.2019  11:20 

Prezident oğluna yüksək vəzifə verdi





A+  A-

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlunu ölkənin mərkəz-cənub bölgəsindəki Ahal regionunun qubernatoru təyin edib.
XəzərNews.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, haqqında iyunun 17-də bildirilmiş bu təyinat 37 yaşlı Serdar Berdiməhəmmədovun atasının varisi kimi hazırlanmasına dair çoxdan dolaşan şayiələri daha da möhkəmləndirib.

61 yaşlı Q.Berdiməhəmmədov Türkmənistana avtokrat sələfi Saparmurat Niyazov 2006-cı ildə vəfat edəndən bəri prezidentlik edir.

Hökumətin tənqidçiləri və insan haqları qrupları Türkmənistanda insan haqlarının kobud şəkildə pozulduğunu və fərqli düşüncənin boğulduğunu deyirlər.

Bu ilin yanvarında Berdiməhəmmədov yeganə oğlunu İran və Əfqanıstanla həmsərhəd Ahal rayonunda qubernator müavini təyin etmişdi.

Bundan əvvəl o, xarici işlər nazirinin müavini təyin olunmuşdu.

Daha əvvəl isə oğul Berdiməhəmmədov Xarici İşlər Nazirliyində çalışmış və ölkənin həyatında heç bir əhəmiyyətli rol oynamayan parlamentin üzvü olmuşdu.

Serdar Berdiməhəmmədov habelə Türkmənistan XİN-də informasiya şöbəsinin müdiri idi.

Prezident Q.Berdiməhəmmədovun yeganə oğlundan başqa, üç qızı da var.

Xəbər 1325 dəfə oxunub.



24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +