Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib
Ceyhun Bayramov İranın yeni təyin olunmuş səfirini qəbul edib


13.11.2018  09:28 

Müsəlmanlara zülmə qarşı çıxmadı - Daha bir mükafatı əlindən alındı





A+  A-

Myanma Xarici İşlər, Dövlət Aparatı naziri və dövlət müşaviri Aunq San Suu Çiiyə verilmiş daha bir mükafat əlindən alınıb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, beynəlxalq insan haqları təşkilatı olan “Amnesty International” 2009-cu ildə həbsdə olarkən Suu Çiiyə verdiyi “Vicdan Səfiri” mükafatının geri alındığını açıqlayıb.

Bu barədə qurumun Baş katibi Kumi Naydoo bunları dilə gətirib:

“Artıq ümidin, cəsarətin və insan haqlarının əbədi müdafiəsinin bir simvolu olmadığı üçün çox təəccüblənirik. Suu Çii Maynmada insan haqları və ədaləti təmin etmək üçün əxlaqi və siyasi statusunu istifadə etməyib. Bu bizi çox məyus etdi”.

Xatırladaq ki, “Nobel Sülh Mükafatı”nı da almış 73 yaşlı Suu Çii 2007-ci ildə ona verilmiş Kanadanın fəxri vətəndaşlığından ötən ilin oktyabrında çıxarılıb.

Bundan başqa, ABŞ-ın Holokost Xatirə Muzeyi tərəfindən 2012-ci ildə ona verilmiş “Elie Wiesel” mükafatı, ölkədəki Arakan müsəlmanlarına qarşı zülm və zorakılıq hadisələrinə səssiz qaldığına görə geri alınıb.

Həmçinin, İngiltərədə Oksford, İrlandiyada Dublin bələdiyyə məclisləri ona verilmiş azadlıq nişanlarını 2017-ci ildə geri alıblar.

Qeyd edək ki, 2017-ci ilin avqust-sentyabr aylarında radikal buddist Myanma əsgərləri Arakan müsəlmanlarına qarşı soyqırım həyata keçirib, 10 mindən çox müsəlman qətlə yetirilib. 720 mindən çox insan isə zülmdən qaçaraq Banqladeşə sığınıb.

Xəbər 2935 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +