İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


06.11.2018  11:19 

Sosial sahəyə ayrılan büdcə artıb





A+  A-

Milli Məclisin komitələrində büdcə müzakirələri davam edir.
XəzərNews.az xəbər verir ki, bugunkü müzakirələrdə Əmək və sosial siyasət, Səhiyyə, Elm və təhsil, Mədəniyyət, Ailə, qadın və uşaq problemləri komitəsi iştirak edir.

İclasda həmçinin Mədəniyyət naziri Əbülfəs Qarayev, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov, maliyyə nazirinin birinici müavini İlqar Fətizadə iştirak edir.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli iclası açaraq bildirib ki, bu ilin büdcəsində sosial sahəyə ayrılan büdcə bütövlükdə artıb: “Sosial müdafiə sistemində yeni bir institut formalaşıb. Bu yeniliklərdən biri də “Dost” brendinin yaradılmasıdır. Sığorta sistemində yeniliklər gözləyirik. Bəzi əmək haqqı məsələlərində sığortanın təsiri gözlənilir. Həmçinin qeyri-leqal məşğulluq leqallaşdırılacaq. Gələn il üçün sosial sahəyə 8 milyard 265 milyon manat vəsait ayrılıb. Bu da büdcənin 33,3 faizini təşkil edir”.

Xəbər 1710 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +