Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


30.07.2018  13:27 

Sarkisyan Koçaryanın müdafiəsinə qalxdı





A+  A-

Ermənistanda Serj Sarkisyanın rəhbəri olduğu “Respublika” partiyası keçmiş prezident Robert Koçaryanın müdafiəsinə qalxıb.
XəzərNews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, partiyanın bəyanatında Koçaryanın həbsinin demokratiya və məhkəmə sisteminə aidiyyatı olmadığı bildirilib.

Partiya bu cinayət işinin ölkə daxilindəki siyasi proseslərə ciddi ziyan vurduğu bəyan edir.

““Respublika” partiyası parlament diplomatiyası kanalları vasitəsilə həbs və əlaqəli proseslər məsələsini müvafiq beynəlxalq təşkilat və formatlarda səsləndirəcək” – bəyanatda qeyd edilir.

Bəyanatda həmçinin bu cür əsassız ittihamların Ermənistan və Qarabağın qondarma rejiminin üzləşdiyi problemlər fonunda cəmiyyətin bölünməsinə təşviq etdiyi bildirilib.

Partiya üzvləri bunun nəinki ölkədə insan hüquqlarına həmçinin Ermənistanın beynəlxalq imicinə də xələl gətirdiyini qeyd edirlər.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan haqda Yerevan məhkəməsi iyulun 27-də həbs qətimkan tədbiri qəbul edib.

Xəbər 3225 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +