Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?


02.07.2018  10:43 

Ali Məhkəmə İlqar Məmmədov haqqındakı qərarları ləğv etdi





A+  A-

Ali Məhkəmənin Plenimu REAL Hərəkatının sədri İlqar Məmmədovun barəsində kassasiya və apelyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edib.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a vəkil Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, iyunun 29-da Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apellyasiya Məhkəməsinin qərarlarını ləğv edib.

Onun sözlərinə görə, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb, İlqar Məmmədov hələ də həbsdədir.

REAL Hərəkatının sədri İ. Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. REAL sədri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Xəbər 1377 dəfə oxunub.




24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +