Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


06.04.2018  12:22 

Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ





A+  A-

Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati vəzifələrin 4-6-cı təsnifatlarına uyğun olan rəhbər vəzifələr üzrə (A növü) və inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqədə vakant vəzifələrə qeydiyyat 7 aprel saat 18:00‑dək davam edəcək.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə. 27 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 279 vakant icraçı vəzifələri üzrə 6 aprel saat 11:00-dək olan məlumata əsasən, 206 müraciət qeydə alınıb. Müsahibə elanı və müsabiqə vəziyyəti ilə ətraflı buradan tanış ola bilərsiniz.

İnzibati vəzifələrin 4-6-cı təsnifatlarına uyğun olan rəhbər vəzifələr üzrə (A növü) müsahibə elan və müsabiqə vəziyyəti ilə isə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək.

Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.

Xəbər 1538 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +