Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


05.04.2018  23:11 

Metronun bu stansiyası da təmirə bağlanır





A+  A-

Bakı Metropoliteninin “Xətai” stansiyası bu il təmirə bağlanacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, stansiyanın bütün eskalatorları dəyişdiriləcək:

“”Xətai” stansiyası 1968-ci ildə istifadəyə verilib. Həmin stansiyanın eskalatorlarının istismar müddəti bu il başa çatır. Ona görə də, stansiyadakı hər üç eskalator dəyişdirilməlidir. Artıq bununla bağlı plan-qrafik hazırlanıb”.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, “Xətai” stansiyası ən dərin özüllü metro stansiyasıdır və stansiyanın eskalatorları da digər eskalatorlardan uzundur: “Stansiyaya 4 müasir eskalator quraşdırılması nəzərdə tutulub”.

N. Pasayev bildirib ki, stansiyanın təmirə bağlanacağı konkret tarix müəyyən edilməsə də, bu il reallaşacaq: “İyulun 1-də “Sahil” stansiyasının istifadəyə verilməsi gözlənilir. Yəqin ki, "Sahil" stansiyası istifadəyə veriləndən sonra “Xətai” təmirə bağlanacaq”.

Xəbər 1487 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +