Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


05.04.2018  09:28 

Bakıda beynəlxalq toplantı başladı - 800 iştirakçı var





A+  A-

Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı (QH) çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı öz işinə başlayıb.
XəzərNews.az xəbər verir ki, iki gün davam edəcək tədbirdə Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkələr və təşkilatlar iştirak edəcək.

Hazırda toplantıya qatılmaq üçün 800-dən artıq iştirakçının Bakıya gəldiyi, tədbiri işıqlandırmaq üçün isə yerli və xarici media nümayəndələri daxil olmaqla 150-dən artıq şəxs akkreditasiyadan keçib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına 120 ölkə daxildir. Həmçinin burada 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur.

***

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində Hərəkata sədrlik edəcək.

Xəbər 1299 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +