Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


04.04.2018  16:37 

Sürüşmə zonalarına baxış keçirildi





A+  A-

Son vaxtlar İsmayıllı rayonu ərazisinə yağan intensiv yağışlardan sonra mövcud sürüşmə sahələrində aktivlik yenidən artıb, hektarlarla torpaq sahəsində böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxaraq ərazidə gölməçələr yaradıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları İsmayıllıda mövcud olan sürüşmə zonalarına baxış keçiriblər.

Monitorinq zamanı məlum olub ki, rayonun Zərnəva kəndindəki sürüşmə sahəsi aktivləşib, ərazidəki mövcud çatların parametrlərində artım qeydə alınıb və sürüşmə sahəsinin sərhədləri genişlənib. İsmayıllıda Xankəndi və İstisu sürüşmə sahələri də aktivləşib. Bəzi kəndlərdə isə 2016-2017-ci illərdə əmələ gələn sürüşmə zonalarının hazırda sönük vəziyyətdə olduğu müəyyən edilib. Həmin yerlərdə hazırda aktivlik müşahidə edilmir.

Mütəxəssislərin sözlərinə görə, rayonun Sulut, Diyallı, Sədiyan, 2-ci Yeniyol, Tircan, Zərnəva kəndləri aktiv sürüşmə zonaları hesab edilir. Sürüşmə zonalarında dağılan və yaşayış üçün təhlükəli olan evlərdən sakinlər köçürülüb. Hazırda sürüşmə səbəbindən rayonda 181 qəzalı ev var və 8 ailə üçün yeni evin tikintisi aparılır. Basqal-Sulut yolunun 10-cu kilometrliyində baş verən sürüşmə zamanı dağılan yolun təmiri mümkün olmadığı üçün, yeni alternativ yol çəkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşlarının sözlərinə görə, əgər yağışlar intensiv davam edərsə, həmin ərazilərdə sürüşmələr yenidən aktivləşəcək, ona görə də qabaqlayıcı tədbirlərin görülməsi lazımdır.

Mütəxəssislər İsmayıllıdan sonra Şamaxı şəhərinin 48-ci məhəlləsinə baxış keçiriblər. Məlum olub ki, bu sürüşmə sahəsində qeydə alınmış çatların ölçüləri artıb. Son günlər yağan yağışlardan sonra ərazidə sürüşmənin daha da aktivləşməsi nəticəsində evlərdə yenidən çatlar əmələ gəlib. Həmçinin Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyindəki sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü prosesləri aktivləşib. Şamaxının Cabanı, Dədəgünəş sürüşmə sahələrində də aktivlik müşahidə olunur. Muğanlı sürüşmə sahəsində mövcud çatların ölçüləri qismən genişlənib.

Xəbər 1578 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +