Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


09.02.2018  09:17 

Hacıbala Abutalıbovun oğlu adını dəyişdi, İstanbulda otel aldı - FOTO





A+  A-

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov adını dəyişib.
XəzərNews.az xəbər verir ki, bu haqda Gununsesi.info məlumat yayıb. Xəbərə görə, artıq Abu Bəkr Abutalıbov olan mer oğlu İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan otel alıb. O, Türkiyədə vətəndaşlıq statusu alıb, otelin yenilənməsi üçün daha bir neçə milyon xərcləyib. “Ajwa” adı ilə fəaliyyət göstərən oteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Abu Bəkr Abutalıbov “Ajwa” markası ilə ikinci otelini də Kapadokyada açacaq.

“Yeni Müsavat” yazır ki, İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib.



Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qızı ilə boşanandan sonra İsrafil Abutalıbov uzun müddət Londonda yaşamışdı. Bakıya illər sonra tamam başqa qiyafədə və düşüncədə qayıdan Hacıbala Abutalıbovun oğlu atasının belə işdən çıxmasına təkid etməsi xəbərləri yayılmışdı. Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayır, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi.

Evə qapılaraq gündə 5 rükət namazını qılır, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirirdi. Əvvəlki pompeyvari həyat tərzini dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da “Allah yoluna gəlməsini” tələb edirdi.

İsrafil Abutalıbovun Bakıda yəhudi əsilli iş adamı Qurban Mahmudova təzyiqlər göstərməsi də yaddaşlardan silinməyib.


Xəbər 3829 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +