Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


23.01.2018  21:53 

“Facebook” “flick” adlı yeni zaman vahidi yaratdı





A+  A-

Saat, dəqiqə və saniyə kimi yeni real zaman vahidi yaradılıb.
XəzərNews.az Technote-yə istinadən xəbər verir ki, o, nanosaniyədən böyükdür və 1/705 600 000 saniyə kimi qeyd olunur.

Müqayisə üçün qeyd etmək lazımdır ki, nanosaniyə 1/1 000 000 000 saniyə kimi qəbul olunur. Bu isə öz növbəsində “flick”i 1.41723356 nanosaniyə uzunluqlu zaman vahidi edir.

Lakin bizə niyə yeni zaman vahidi lazımdır? Əslində “flick”i praktiki cəhətdən istifadə etmək olar. Bu zaman vahidi elə yaradılıb ki, o, videonun səhnələşdirilməsi üçün ideal uyur. Əgər kadrın uzunluğunu nanosaniyə səviyyəsində deyil “flick” səviyyəsində ölçsək sinxronlaşdırma hər zaman zamanın bölünməyən vahidlərinə ideal şəkildə yazılacaq. Bununla belə video istənilən tezlikdə ola bilər: 24 Hz, 25 Hz, 30 Hz, 48 Hz, 50 Hz, 60 Hz, 90 Hz, 100 Hz və ya 120 Hz.

Günümüzdə sixronlaşdırma üzrə çalışmaq üçün proqramçılar C++ alətlərindən istifadə edirlər. Əsasən də CGI-da vizual effektlər sahəsində. Lakin C++ - da dəqiq tayming yalnız nanosaniyələr vasitəsilə mümkündür. Həmin nanaosaniyələr isə bir çox kadrlara uyğunlaşmır. Nəticədə onları bölmək lazım gəlir. Beləliklə “flick” bu problemi aradan qaldırır.

Xəbər 2921 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +