Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi


24.10.2017  12:54 

Məhbuslar vaqonun pəncərəsindən qaçıb





A+  A-

Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 kriminal aləm üzvünün qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, kriminal aləmə yaxınlığı ilə tanınan Əli Ağami və “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb gətirildiyi məlum olub.

Bildirilir ki, məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxardaraq oradan düşüb qaçıblar. Yalnız qatar 28 May stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub.

Qeyd edək ki, məhbusların qaçması ilə bağlı cinayət işi açılıb. Onların tutulması üçün iş aparılır.

Xəbər 1348 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +