10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


19.09.2017  11:36 

“Turan“ informasiya agentliyinə qarşı vergi sanksiyası bərpa edildi





A+  A-

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.
XəzərNews.az-ın xəbərinə görə, "Turan"ın yaydığı məlumatda bildirilir ki, bununla bağlı sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixi ilə məktub daxil olub. Məktubda deyilir ki, agentliyin 27 min 253 manat borcu və daha 9.294 manat faiz borcu var.

Qeyd edək ki, sentyabrın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixi ilə agentliyə məktub daxil olub ki, "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur.

Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi isə sanksiyanın bərpasından sonra "Turan"ın hesablarına yenidən həbs qoyulması gözlənilir.

Xatırladaq ki, avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib, sentyabrın 11-də isə həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxılıb.

M. Əliyevə qarşı Cinayət Məcəlləsinin 213-1-ci (vergidən yayınma), 308-1-ci (səlahiyyətdən sui-istifadə) , 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Xəbər 1125 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +