Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


29.07.2017  19:25 

General Əhmədovun yerinə kim gətiriləcək?





A+  A-

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov iyulun 28-də vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, polis general-leytenantı Əhməd Əhmədov 2000-ci ildən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışırdı.

XəzərNews.az-ın Modern.az-a istinadən məlumatına görə, Əhməd Əhmədov yola salınandan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarımilinin yekunlarına dair kollegiya iclası keçirilib.

İclasda cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə polis orqanlarının fəaliyyətinin nəticələri müzakirə olunub.

Kollegiya iclasına daxili işlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov rəhbərlik edib. Məlumata görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə də hazırda Səbuhi Novruzov rəhbərlik edir. Onun tezliklə nazir postuna təsdiqlənəcəyi bildirilir.

Kollegiya iclasında general Səbuhi Novruzov bəhs olunan dövr ərzində qazanılan uğurlardan söhbət açıb, bununla yanaşı, işdə buraxılan nöqsanları ətraflı təhlil edib, bu nöqsanların tezliklə aradan qaldırılmasını qarşıda duran başlıca vəzifə kimi kollegiya iştirakçılarının nəzərinə çatdırıb, gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışıb.

Səbuhi Novruzov muxtar respublika daxili işlər orqanlarının fəaliyyətində 2017-ci ilin 6 ayında görülən işləri dəyərləndirib. O, nizam-intizamın möhkəmləndirilməsi, ictimai asayişin və sabitliyin qorunması üçün müvafiq tapşırıqlar verib.

Xəbər 1415 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +