Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


03.05.2017  14:48 

Bir gecədə 21 mənzildən oğurluq etdilər





A+  A-

Əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların sökülərək oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən Sumqayıt şəhərində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
XəzərNews.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki çoxmənzilli yaşayış binalarının girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Corat qəsəbə sakinləri - Sənan Süleymanlı, onun qardaşı Kənan və Faiq Bayramlı saxlanılıblar. Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə onların bu ilin yanvarın dan aprelinə qədər olan müddətdə şəhər ərazisində 50-yə yaxın mənzilin su sayğacını oğurlamaları da müəyyən edilib.

Qeyd edək ki, dəstə üzvləri təkcə bir gecədə şəhərin 13-cü mikrorayonu ərazisində yerləşən binalardan birinin 21 mənzilinin su sayğacını oğurlayıblar.

Saxlanılan şəxslər ifadələrində sayğacları oğurlayandan sonra onların mis və latundan olan hissələrini Sumqayıt şəhərinin müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Oğurlanan su sayğaclarının qırılmış hissələrinin bir qismi isə onların gizlətdikləri yerdən aşkar olunaraq götürülüb.

Dəstə üzvlərinin ətrafında aparılan əlavə tədbirlər nəticəsində həmçinin onların Sumqayıtdakı yaşayış binalarında olan 70-ə qədər liftin əyləc dolaqlarını da oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1490 dəfə oxunub.



22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +