10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


29.03.2017  23:31 

Taksi sürücülərinə xəbərdarlıq: İngilis və rus dilini öyrənin





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə taksi sürücülərinə müraciət edir.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin taksi xidməti göstərən avtomobilləri taksi tanınma nişanları ilə tələblərə uyğun təchiz etməli olduqlarını qeyd edib: "İlk növbədə Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alınmalıdır. Avtomobilin damında və yan hissələrində taksi tanınma nişanları, eyni zamanda salonda taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri, o cümlədən, sürücünün fotosu, adı-soyadı olmadan avtomobillə sərnişin daşınması həyata keçirməyə görə inzibati məsuliyyət yaradır. Taksilər üçün müəyyən edilmiş 5.14, yəni taksilərin dayanacaq yeri nişanı ilə işarələnmiş duracaqlarından kənarda avtomobil saxlanılmamalıdır. Bu da inzibati xəta yaradır. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslər bu tələbi birmənalı yerinə yetirməlidir. Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olanlar üçün 170-ə yaxın yer təyin edilib. Hazırda 79 belə yerlər istifadəyə verilib, digərləri də tədricən taksilərin istifadəsinə veriləcək".

V.Əsədov bildirib ki, ölkəmizə gələn turistlərin sayının artması ilə əlaqədər taksi sürücülərinin xarici dilləri öyrənməsi arzuolunandır: "Xahiş edirik, taksi sürücüləri ölkəmizə bu qədər turizm axınını, turizmin inkişafını nəzərə alıb ingilis və rus dillərini heç olmasa müəyyən səviyyədə öyrənsinlər, paytaxtın xəritəsini, küçə və yolları əzbər bilsinlər. Bunlar vacib şərtlərdir".

Xəbər 1551 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +