Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
Müəllim direktoru hədələyib? - “SMS yazıb ki, dilini boğazından çıxararam“
Bakıda 39, rayonlarda 41 dərəcə isti olacaq
İsrail Suriya qüvvələrinə 48 saat vaxt verib
Azərbaycan MDB-nin iclasını boykot etdi
Bakıda 2,4 milyonluq brilliant əməliyyatı...
“New Yorker“də kamera soyunub-geyinmə otağını çəkir?-İDDİA
“Nə oldu, Paşinyan?“ın müəllifi həbs olundu
Hərbi xidmət əleyhinə olan cinayətlər azalıb - Hərbi prokuror
Sənədsiz evlərlə bağlı YENİ QƏRAR


17.07.2025  10:50 

“Sea Breeze”: 3 milyard dollar xərclənib, 6500-dən çox iş yeri açılıb...





A+  A-

“Sea Breeze” istirahət mərkəzinə indiyə qədər 3 milyard dollar investisiya qoyulub.

XəzərNews.az xəbər verir ki, bu barədə “Sea Breeze”in təsisçisi Emin Ağalarov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə Xəzər dənizinin sahilində yerləşən kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verən zaman deyib.

“Sea Breeze”də artıq 20 min sakin yaşayır. 2028-ci ilə qədər isə onların sayı 50 mindən çox olacaq. Layihə tam yekunlaşdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq.

“Sea Breeze”də sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub. Burada istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb, məktəb, uşaq bağçası, xəstəxana tikilib, təxminən 10 milyon bitki və ağac əkilərək, yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatdırılıb.

Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”in əsas layihələri sahilboyu yerləşir.

“Sea Breeze”in ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin xeyli artırılması planlaşdırılır. Layihəyə yatırılan ümumi investisiyanın məbləği 3 milyard ABŞ dollarına çatıb. Növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayənin cəlb olunması planlaşdırılır.

Xəbər 475 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +