PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


09.04.2024  09:04 

Diasporumuzun xarici mediaya təsir gücü varmı? – MŞ İH üzvünün cavabı





A+  A-

“Avropada Azərbaycana qarşı informasiya müharibəsi hər zaman olub. Xüsusən də Birinci və ikinci Qarabağ müharibəsi dövründə gördük ki, Azərbaycanı sevməyən qüvvələr, Azərbaycana qarşı informasiya müharibəsi aparırlar”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

H.Heydərli əlavə edib ki, Vətən müharibəsi, xüsusən də anti-terror əməliyyatlarından sonra Avropa ölkələrinin bəziləri, xüsusən Fransa Azərbaycana qarşı düşmən münasibəti sərgiləyir:

“Fransanın Azərbaycana qarşı açdığı informasiya müharibəsində diasporun üzərinə böyük iş düşür. Azərbaycan həqiqətləri ilə bağlı sosial şəbəkələrdə təbliğat işləri gücləndirilməlidir. Eyni zamanda, Avropa KİV-də Azərbaycan həqiqətləri bizi sevməyənlərə qarşı cavablarımızda əks olunmalıdır”.

H.Heydərli qeyd edib ki, xarici dil bilən jurnalistlərimiz, diaspora rəhbərlərimiz bu prosesdə daha aktiv iştirak etməlidirlər.

“Azərbaycana qarşı dezinformasiya, “fakenews” yayanlarara qarşı daha güclü mübarizə aparmalıyıq. Təəssüf ki, diaspor rəhbərləri və Avropada yaşayan soydaşlarımızın Azərbaycanla bağlı neqativ xəbər yayan xarici media qurumlarına təsir gücü az olur. Və çox nadir hallarda onların bu kimi məsələlərdə açıqlamalarını görə bilərik. Təbii ki, istisnalar da var... Amma bütövlükdə bu məsələlərə ciddi yanaşmaq və aktivlik göstərmək lazımdır”.

H.Heydərli əlavə edib ki, xarici dil bilən jurnalistərimiz, diaspor rəhbərlərimiz Avropanın bu cür çirkin önləminə qarşı bir cəbhədə birləşməli və Azərbaycana qarşı kampaniya aparanlara layiqli cavab verməlidir:

“Vətən müharibəsi günlərində biz bunun şahidi olmuşuq. Cənab Prezident İlham Əliyev 44 gündə 30-dan çox müsahibə verdi və həm də informasiya müharibəsinin döyüşçüsü kimi Avropa ölkələrinə qalib gəlməyi bacardı”.

Həsən Hüseynov
Diaspora.TV


Xəbər 3841 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +