Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


25.09.2020  16:10 

Dünyada hər 5 dəqiqədən bir 100 nəfər AXOX-dan ölür





A+  A-

“Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) dünyada hər 5 dəqiqədən bir 100 nəfər, il ərzində isə 3 milyondan artıq insan dünyasını dəyişir. Əsas səbəbi tütünçəkmə olan bu xəstəlikdən hazırda yer kürəsində ən azı 70 milyon nəfər əziyyət çəkir. ÜST-nin proqnozuna görə, 2030-cu il üçün dünya üzrə ölüm cədvəlində AXOX 3-cü yeri tutacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov 25 sentyabr Dünya Ağciyər Günü ilə bağlı müsahibəsində bildirib. O, qeyd edib ki, yaranmasının əsas səbəbi tütünçəkmə olan ağciyərlərin xroniki obstruktiv xəstəliyi səbəbindən ölüm göstəriciləri hazırda artmaqdadır. Ölkəmizdə də xroniki ağciyər xəstəliklərinin rastgəlmə tezliyi dünyada olan müvafiq göstəricilərə uyğun olaraq dəyişir. Dövlət səviyyəsində tütünçəkmə ilə nə qədər mübarizə aparılsa da, vətəndaşlar bir çox hallarda bu zərərli vərdişdən əl çəkmək istəmir.

Həkim əlavə edib ki, son illər xüsusilə qadınlar arasında tütünçəkənlərin sayının artması məyusedici faktordur.

R. Bayramov ağciyərlərin xroniki xəstəlikləri arasında bronxial astma və vərəmin də çox aktual olduğunu qeyd edib: “Doğrudur, son illər vərəmə yoluxma, xəstələnmə və ölüm göstəricilərində nisbətən azalma və ya stabilləşmə müşahidə olunsa da, dərmanlara rezistent vərəmin artması ciddi bir məsələ olaraq qalır”.

R. Bayramov payız-qış mövsümünün gəlişi ilə kəskin respirator virus infeksiyalarının yayılması haqqında da danışıb. O, qrip və atipik pnevmoniyanın simptomlarının oxşarlığına görə onları bir-birindən ayırmaq bacarığının olduqca vacib olduğunu vurğulayıb: “Təbii ki, payız-qış mövsümündə respirator infeksiyalarla xəstələnənlərin sayı nisbətən artır. Hazırda daha aktual olan COVID-19 virusu ilə bağlı onu deyə bilərəm ki, koronavirusa yoluxanların böyük əksəriyyəti onu simptomsuz və ya yüngül əlamətlərlə keçirir. Yaşı 65-dən yuxarı, ürək qan-damar, böyrək, qaraciyər xəstəlikləri, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslərdə isə COVID-19 daha ağır keçir”.

Xəbər 2418 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +