Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə


29.12.2023  12:20 

“Qızılca virusu 2 saat aktiv qala bilir”





A+  A-

Xəzərnews.az Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Lalə Rüstəmova ilə müsahibəni təqdim edir:

- Lalə xanım, ilk öncə qızılca infeksiyası haqqında məlumat verərdiniz...

- Qızılca hava-damcı yolu ilə ötürülən virus infeksiyasıdır. Qızılca infeksiyasının etioloji amili “Paramyxoviridae” fəsiləsinin Morbilli virus cinsinə aid olan RNT tərkibli virusdur. Virus sferik formada olub, diametri 120-230 nm-dir. Qızılca virusu ətraf mühitdə az davamlı olaraq, 2 saat aktiv qala bilir. İnfeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir və inkubasiya dövrünün (8-17 gün) 4-cü günündən səpgilərin 4-cü gününə qədər yoluxdurucu olur. Səpgilərin 5-ci günü xəstə artıq yoluxdurucu olmur. Xəstədə 38-40°С hərarət, zökəm, quru öskürək, işıqdan qorxma, baş ağrısı, konyuktivanın qızarması, əsnəyin hiperemiyası, enantema (bərk və yumşaq damaqda qırmızı ləkələr) qeyd olunur.

- Qızılca infeksiyasının yayılmasının qarşısının alınmasında epidemioloji nəzarətin rolu nə dərəcədədir?

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə əsasən, hazırda epidemioloji nəzarətin 2 əsas növü qeyd olunur: indikator əsaslı və siqnal hadisələrə əsaslanan epidemioloji nəzarət.
Qızılcanın eliminasiyası dövründə xüsusilə siqnal hadisələrə əsaslanan epidemioloji nəzarətin aparılması və qızılca virusunun popuyasiyada dövr etməsinin aşkar edilməsi çox vacibdir. Eyni zamanda, hər bir ərazidə qızılca hadisələrinin olması barədə bildirişlərin həftəlik toplanması, 48 saat ərzində şübhəli halların tam araşdıdılması, adekvat müayinə olunan halların, laborator müayinə üçün nümunə götürülən, ilk 4 gündə laborator müayinə aparılan halların xüsusi çəkisinin müəyyənləşdirilməsi çox mühümdür.

- Qızılca ilə xəstələnmə hallarının təsdiqlənməsi üçün laborator diaqnostikanın rolu nədən ibarətdir?

- Qızılcanın son diaqnozu laborator təsdiq olduqda, yaxud digər təsdiq olunmuş hal ilə epidemik əlaqə olduqda müəyyən edilir. Qızılca ilə xəstələnmənin azaldılmasında virus izolyatlarının identifikasiyası və onların endogen, yaxud xaricdən gəlmə olduğunun təyin edilməsidir. ÜST-nin ekspertlərinin fikrincə, molekulyar epidemiologiya üsulları qlobal miqyasda qızılca virusunun dövr etməsinin izlənməsində standart alət olmalıdır.
Təcrübə göstərir ki, qızılca virusunun Avropa, Asiya və Amerika ştamlarının dövr etmə arealı dəyişib. Bu günə qədər qızılca virusunun 7 müxtəlif qrup ştamı identifikasiya olunub və hazırda istifadə olunan vaksinlər bütün bu ştamlara qarşı effektivdir.

- Qızılca infeksiyasının eliminasiyası üçün əhalinin peyvənd olunmasının əhəmiyyəti barədə nə deyə bilərsiz?

- Qızılca infeksiyasının eliminasiyası üçün əhalinin qızılcaya qarşı kollektiv immunitetinin vəziyyətinin monitorinqi də mühüm məlumat verir. Vaksinasiya aparıldığına görə, qızılca idarə olunan infeksiyalar qrupuna daxildir. Qızılca infeksiyasına qarşı vaksinasiya dünyanın əksər ölkəsində, o cümlədən də Azərbaycan Respublikasında Milli Peyvəndlər Təqviminə daxildir.
Qızılca peyvəndi 2 dozada vurulur: biri 1 yaşda, digəri isə 4-6 yaş arasında. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu 95%-dir. İlk peyvənddən 4 həftə keçibsə, ikinci peyvəndi vurmaq olar. Peyvəndlə yanaşı, üşaqların qorunması da son dərəcə vacibdir. 6 aydan əvvəl uşaqlara peyvənd vurulmur, əgər qızılca kütləvi hal alıbsa, 6 aydan sonra, yəni 1 yaşı gözləmədən peyvəndləmək olar.

Xəbər 12036 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü


BÜTÜN XƏBƏRLƏR +