Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı


21.04.2023  11:03 

“Seçki sisteminin dəyişdiriləcəyi gözlənilir” - İlqar Məmmədov





A+  A-

“2020-ci ildə biz çox məhdud nəticə əldə etdik. Biz bir namizədlə parlament partiyası olmuşuq. Gələcəyə gəlincə, bizim Prezident Administrasiyası və parlament rəhbərliyi ilə apardığımız dialoq nəticəsində formalaşan gözləntilərimiz var”.

XəzərNews.az xəbər verir ki, REAL Partiyasının sədri İlqar Məmmədov Minval.az-a müsahibəsində mümkün parlament seçkiləri, Seçki Məcəlləsində dəyişikliklərlə bağlı danışıb.

“Seçki sisteminin dəyişdiriləcəyi, proporsional təmsilçiliyin tətbiq ediləcəyi gözlənilir: ya qarışıq, ya da sırf proporsional seçki sistemi. Hakim partiya bunda maraqlıdır və təşəbbüs hakimiyyətdən gəlir. Bu proses Azərbaycanla Ermənistan arasındakı münaqişə səbəbindən müəyyən qədər səngidi. Buna baxmayaraq, biz bilmirik ki, majoritar seçkilərə, yoxsa qarışıq sistemə hazırlaşmalıyıq. Amma biz müəyyən hazırlıq işləri görürük: partiya üzvləri ilə ünsiyyət qururuq, kriteriyaları müəyyənləşdiririk, parlamentdə iştirakımızı artırmaq üçün seçki kampaniyası zamanı qaldırıla biləcək mövzuların axtarışı ilə bağlı ölkədəki vəziyyəti öyrənirik”, - deyə o bildirib.

Xəbər 1502 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +