Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


19.06.2019  17:26 

Pentaqon rəhbəri istefa verdi





A+  A-

Ötən ilin dekabrından ABŞ-ın Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan iyunun 24-də vəzifəsindən gedəcək.
XəzərNews.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp tvitter mikrobloqunda məlumat verib.

Onun sözlərinə görə, Pentaqon rəhbərliyinə namizədliyindən imtina edən Şanahan vəzifəsini 23 iyun daxil olmaqla icra edəcək. İyunun 24-də isə bu posta Ordu naziri Mark Esper müvəqqəti rəhbərlik edəcək.

Dövlət başçısı Şanahanın istefaya getməsini ailəsi ilə daha çox vaxt keçirmək arzusu ilə əlaqələndirib. Lakin “USA Today” qəzeti onun Pentaqona rəhbərlikdən imtina etməsini ailəsində baş vermiş məişət qalmaqalı ilə bağlayıb. Söhbət 2010-cu il avqustun 28-də baş vermiş hadisədən gedir. Belə ki, Şanahan və həyat yoldaşı o zaman bir-birini fiziki şiddətdə ittiham edib. Hazırda sözügedən insidenti Federal Təhqiqatlar Bürosu araşdırır. Bu məsələ isə KİV-də yeni ortaya çıxdığından o, postundan getmək qərarına gəlib.

Qeyd olunur ki, Trampın tvitindən bir neçə dəqiqə sonra “Washington Post” nəşri Şanahandan bir neçə il öncə aldığı müsahibəni yenidən dərc edib. Orada eks-nazir 2011-ci ildə 17 yaşlı oğlunun anasını beysbol taxtası ilə başından vuraraq parçaladığını etiraf edib. O, yaxşı ata olmağı Müdafiə naziri olmaqdan çox istədiyini qeyd edib.



Xəbər 2906 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +