“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


13.10.2017  08:53 

“Bu, xəyanətdir” - Vüqar Rəhimzadə





A+  A-

“Bu gün Azərbaycan ictimaiyyətində Avropa Şurasına qarşı böyük etiraz var”.
XəzərNews.az xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AŞPA-da Azərbaycanlka bağlı qəbul olunan qətnaməyə münasibət bildirərkən deyib. V. Rəhimzadənin sözlərinə görə, bu gün ölkə daxilində, xüsusilə də xaricdə ölkəmizin sürətli inkişafını gözü götürməyən antiazərbaycan ünsürlər var: “Azərbaycan malik olduğu enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edərək Avropanın etibarlı enerji təchizatçısına çevrilməkdədir. Həyata keçirilən qlobal layihələr bu reallığı bir daha ortaya qoyur. Təəssüf ki, Avropada bəzi dairələr ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu həzm edə bilmirlər”.

Birmənalı şəkildə vurğulayıram ki, bu addımların arxasında erməni lobbisinin və erməpərəst qüvvələrin barmağı var. Bu isə AŞPA-nın qərəzli dairələrin əlində alətə çevrildiyini bir daha təsdiqləyir”.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Avropa Şurasında İslam ölkələrinə qarşı böyük bir qərəz hiss olunur: “Bu gün Avropada hökm sürən islamofobiya, kssenofobiya dünya üçün böyük təhlükədir. Bu halda hansı insan hüquq və azadlıqlarından danışmaq olar? İnsanlar arasında dini, irqi ayrı-seçkilik qoymaq hansı Avropa dəyərlərinə uyğundur? Təbii ki, AŞPA qarşısında bu kimi bir çox məsələni qaldırmaq olar. Hər bir halda hesab edirəm ki, AŞPA-nın məlum qətmanələri Avropa dəyərlərinə, demokratik prinsiplərə xəyanətdir.

İstər AŞPA, istəsə də başqa bir beynəlxalq qurum Azərbaycanla zor dilində danışa bilməz. Bizim öz siyasətimiz, öz yolumuz var. Təbii ki, bu siyasət demokratik prinsiplərə, bəşəri dəyərlərə, dövlətçilik və milli maraqlara əsaslanır.”

Xəbər 2088 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +