Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


15.02.2017  22:38 

“Lider TV”dən çıxarılan jurnalistin Bülbüloğludan xahişi





A+  A-

 

Jurnalist Anar Həsənov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğundan əfv olunması üçün xahiş etməyə hazırlaşır.

XəzərNews.az Minval.az-a istinadən xəbər verir ki, bundan da Anar Həsənovun həm səfirin özü, həm də Polad Bülbüloğunun nüfuz etdiyi şəxslər tərəfindən ciddi təzyiqlərə məruz qalması nəticəsini çıxarmaq olar.

Bildirilir ki, keçən həftə Anar Həsənov Bakıya gələrək yerli KİV-lərdən birində işə düzəlmək istəyib. Lakin onun bütün cəhdləri nəticəsiz qalıb.

Xatırladaq ki, “Lider tv”nin keçmiş müxbiri Anar Həsənov Rusiya xarici işlər naziri Sergey Lavrova Dağlıq Qarabağdakı situasiya ilə bağlı cəsarətli sual ünvanlamış, bu səbəbdən gözdən düşərək işinə son verilmişdi.

Jurnalistin Rusiyadakı fəaliyyətinə xitam verilməsi barədə məsələ şəxsən Polad Bülbüloğlunun özü tərəfindən qaldırılıb. Səfir həm Anar Həsənovun verdiyi sualı, həm də Lavrovun qaytardığı cavabı ölkələr arasındakı münasibətlərə xələl gətirdiyini hesab edib.

Polad Bülbüloğlu jurnalistin verdiyi sualı “təxribat” olaraq qiymətləndirmiş və hətta buna görə onu təhqir etmişdi.



Xəbər 5973 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +