YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


28.10.2021  10:08 

Bakının rayonları birləşdirilir?





A+  A-

Bakının bəzi rayonlarının ləğv edilərək, vahid rayonda birləşdirilməsilə bağlı məlumatlar var. Optimallaşdırma çərçivəsində Nizami rayonunun ləğv ediləcəyi, ərazisinin Xətai və Nərimanov rayonları arasında bölüşdürüləcəyi bildirilir.

Digər məlıumatlarda Bakının Səbail, Nəsimi, Yasamal, Nərimanov və Xətai rayonunun mərkəzi hissələrinin birləşdirərək, yeni mərkəzi rayon formalaşdırılacağı iddia olunur.

XezerNews xəbər verir ki, bu barədə modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib ki, Bakının rayonlarının birləşdirilməsi haqqında təkliflər həm vacib, həm də üzərində düşünülməyə dəyər məqamdır. Çünki bəzi hallarda birləşmələr yaxşı səmərə vermir.

T.Rzayev idarəetmənin təkmilləşdirilməsi haqqında addımların zamanı çatdığını düşünür:

“İdarəetmənin təkmilləşməsi, islahatların aparılması təbii prosesdir, ölkənin inkişafı, müəyyən problemlərin aradan qaldırılması üçün çox vacibdir. Lakin bu, üzərində ciddi müzakirələrə ehtiyac olan məsələdir. Əvvəllər də belə praktika olub. Sovetlər dövründə Nikita Xruşşov rayonların birləşdirilməsi ilə əlaqədar qərar verdi. Böyük təsərrüfatlar ləğv edildi və s. Lakin çox çəkmədən birləşmənin fəsadları ortaya çıxdı. İlk növbədə bu cür addım insanların narahatlığına səbəb oldu.

Bu gün prezidentin qarşıya qoyduğu ən mühüm məqamlardan biri əhali ilə ünsiyyətin genişləndirilməsidir. İnsanlarla təmasda olmaq, onların təkliflərini dinləmək, daim onlarla ünsiyyətdə olub, lazımi problemləri aradan qaldırmaqdır”.

Deputatın sözlərinə görə, Bakının elə rayonu var ki, 200-300 min sakin məskunlaşıb. Belə böyük rayonların daha da genişləndirilməsi, hansısa rayonun birləşdirilməsi idarəetmədə çox ciddi təkmilləşmə tələb edir:

“Kadrların qabiliyyətinin artırılması, iş məhsuldarlığının yüksəldilməsi vacib amilə çevrilir ki, heç bir sakinin problemi diqqətdən kənarda qalmasın. Birləşmə əvəzinə çox zaman ayırmaların həyata keçirilməsi daha optimal variant hesab edilir. İşlərin operativ həyata keçirilməsi üçün yerlərdə icra nümayəndələri və s. kimi təsisatların yaradılması çox vacibdir. Ona görə, düşünürəm ki, təkliflərlə bağlı dövlət səviyyəsində təhlillər aparılmalı, mütəxəssislərin fikirləri öyrənilməlidir. O rayonların şəraiti, əhalinin sayı nəzərə alınmalıdır. Ola bilər kiçik rayonlar, kəndlər birləşdirilə, idarəetmə mərkəzləşdirilə bilər. Lakin böyük kənd və ya rayonların birləşdirilməsi problemlərə gətirib çıxara bilər. Bəzi insanlar dərindən araşdırmadan, nəticələrini əvvəlcədən analiz etmədən belə təkliflərlə çıxış edirlər. Birdən-birə belə vacib qərarları qəbul etmək yaxşı nəticələrə yol açmaya bilər”.

Xəbər 1513 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +