Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib
Moskva sülh niyyətini təsdiqləyib - Lavrov
İcra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır
Sabahdan istilər başlayır
İqbal Əbilov 18 il azadlıqdan məhrum edilib
İcra başçısı onları işdən çıxartdı
Trampın Putinlə söhbəti Avropanı məyus edib


08.07.2020  15:48 

“iPhone 12“də bunlar olmayacaq





A+  A-

Yeni "iPhone" modellərindən başlayaraq onların qutularının daxilindəki məhsulların saylarında ola biləcək dəyişiklik barəsində yayılmış məlumatların təsdiqi üçün yeni sübutlar ortaya çıxıb.
XəzərNews.az technote.az-a istinadən xəbər verir ki, bir neçə müddət bundan öncə insayderlər qeyd ediblər ki, bu ilki "iPhone 12" qutularında naqilli qulaqlıq ilə şarj cihazı olmayacaq.

İndi isə internetdə "iPhone 12" modellərindən birinə məxsus olan qutunun daxili hissəsinin keyfiyyətli fotosu ortaya çıxıb.

Məlumata əsasən alıcılar bu il həqiqətən də qulaqlıq ilə şarj cihazı kimi aksessuarları ayrıca almalı olacaqlar.

Bu barədə Macrumors saytı xəbər verib. Təqdim olunmuş render fotoda qutu daxilinə yerləşdirilən və iki hissədən ibarət olan xüsusi nazik qablaşdırma əks olunub. Güman olunur ki, bir hissədə şarj prosesi üçün nəzərdə tutulmuş naqil, digər hissəfə isə təlimat kitabçası yerləşəcək.

Qablaşdırmanın perimetri üzrə olan çökək formalı hissə smartfonun yerləşdirilməsi üçün nəzərdə tutulub. Məlumatda qeyd olunub ki, qutudan qulaqlıq ilə şarj cihazının çıxarılması qərarı öz növbəsində yeni smartfonların qiymətlərinin aşağı endirilməsinə yardımçı olacaq.

Qeyd etmək lazımdır ki, “Apple” şirkəti yeni "iPhone" modellərinin qutularının məhz bu cür olacaqlarını hələ rəsmi şəkildə açıqlamayıb.

Xəbər 1663 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub


BÜTÜN XƏBƏRLƏR +